Sonrakı peşmançılıq (film, 1978)
Film daim qarşısına çıxanı qəzəbləndirən və sataşan axmaq və dəcəl ulaq haqqında söhbət açır. Lakin o təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə incidilmiş qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar.
Ulaq nəhayət başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır, hər hansı bir pislik gec və ya tez cəzalandırılır.
Applikasiya filmidir.
Film rus variantı saxlanılmışdır.
Ssenari müəllifi: Kamal Aslanov
Rejissor: Nazim Məmmədov
Quruluşçu rəssam: Bəhmən Əliyev
Operator: Antonina Korotnitskaya
Bəstəkar: Oqtay Rəcəbov
Səs operatoru: Kamal Seyidov
Cizgi rəssamı: Arne Axi, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi
Fon rəssamı: Teymur Məmmədov
Rəssam: Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya
Rejissor assistenti: Sima Qurbanova
Rəssam assistenti: Zəkiyyə Mahmudova
Montaj edən: Nisə Hacıyeva
Mahnı ifa edən: Flora Kərimova
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: Kamil Rəhmanzadə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.